بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
67:2 Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
67:3 O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?
67:5 Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.
67:6 Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.
67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
67:10 "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.
67:12 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər. Bir bağışlanma və böyük bir mükafat vardır.
67:13 İstər sözünüzü gizləyin, və ya onu açıqlayın; O, kökslərin içindəkini bilir.
67:15 O ki, Yeri əmrinizə verdi. Yer üzünü gəzib-dolaşın və onun məhsullarından yeyin. Son dönüş Onadır.
67:16 Yoxsa, sizi, qəfildən titrəməyə başlayacaq olan yerin dibinə batırmayacağına dair göydəkindən əminlikmi aldınız?
67:17 Eyni şəkildə, üstünüzə göydən daş yağdıran bir fırtına göndərməyəcəyinə dair göydəkindən əminlikmi aldınız? Xəbərdarlığın necə olduğunu öyrənəcəksiniz.
67:19 Üzərlərində müntəzəm sıralar halında qanad çırpan quşları görmürlərmi? Rəhmandan başqası onları (havada) saxlamır. O hər şeyi Görəndir.
67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.