بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
73:6 Şübhəsiz gecə təfəkkür etmək daha çox təsirli və ifadə baxımından daha uyğundur.
73:9 Məşriqin və məğribin Rəbbidir; Ondan başqa tanrı yoxdur. Özünə advokat (vəkil) olaraq Onu seç.
73:11 Var-dövlət sahibi olub, səni yalanlayanları mənə burax; onlara bir az möhlət ver.
73:14 Gün gələr, yer və dağlar titrəyər və dağlar dağılan qum yığınına dönüşər.
73:15 Biz, sizə haqqınızda şahidlik edəcək bir elçi göndərdik; necə ki, Firona da bir elçi göndərmişdik.
73:16 Ancaq Firon, elçiyə qarşı gəldi; Biz də onu dəhşətli bir şəkildə yaxaladıq.
73:17 Bəs, inkar edərsinizsə, uşaqların saçlarını ağardan bir gündən necə qorunarsınız?
73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.