بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:101 Bunlar, sənə xəbərlərini çatdırdığımız cəmiyyətlərdir. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Amma daha öncədən yalanladıqlarına iman edəcək deyillər. Allah kafirlərin qəlblərini belə damğalayar.
7:102 Əksəriyyətini, verdikləri sözü tutan görmədik. Əksinə əksəriyyətini yoldan çıxan gördük.
7:103 Sonra, onların ardından Firon və əyanlarına Musanı ayə və möcüzələrimizlə göndərdik; fəqət ayə və möcüzələrimizə qarşı haqsızlıq etdilər. Fəsad törədənlərin sonunun necə olduğuna diqqət et!
7:105 "Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
7:106 Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
7:113 Sehrbazlar Fironun yanına gəldilər və: "Qazanarsaq bizə bir mükafat varmı?" dedilər.
7:116 "Siz atın!" - dedi. Onlar atınca, xalqın gözünü sehrlədilər, onları qorxutdular və beləcə böyük bir sehr ortaya qoydular.
7:117 Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.