بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:123 Firon: "Mən sizə izin vermədənmi ona iman etdiniz? Bu, bir plandır. Şəhərdə bu planı qurdunuz ki, xalqını oradan çıxarasınız. Amma yaxında biləcəksiniz!" dedi,
7:124 "Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
7:126 "Rəbbimizin işarətləri bizə gəldiyində ona iman etdik deyə bizdən öc alırsan. Rəbbimiz, bizə dözüm ver və canımızı müsəlman olaraq al."
7:127 Firon xalqının elitaları dedilər: "Musanı və xalqını, səni və tanrılarını buraxsınlar və yer üzündə fəsad çıxarsınlar deyəmi buraxırsan." (Firon:) "Qadınlarını yaşadıb, oğullarını öldürəcəyik. Biz onlardan daha çox güclüyük," dedi.
7:128 Musa, xalqına: "Allahdan yardım diləyin, səbrlə müqavimət göstərin. Yer üzü Allahındır və onu qullarından istədiyinə verir. Aqibət müttəqi davrananlarındır," dedi.
7:129 "Sən bizə gəlmədən öncə də, bizə gəldikdən sonra da əziyyətə məruz qaldıq," dedilər. (Musa da) "Ola bilər ki, Rəbbiniz düşməninizi məhv edərək onların yerinə sizləri yer üzünə yerləşdirsin və sonra necə davranacağınıza baxsın," dedi.
7:130 Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
7:131 Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
7:132 "Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
7:133 Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
7:134 Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
7:135 Onları söz etdikləri fəlakətlərdən müəyyən bir müddət üçün qurtarınca da sözlərindən dönürdülər.
7:136 Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.
7:138 İsrail oğullarını dənizdən keçirtdik. Özlərinə xas heykəllərə qulluq/xidmət edən bir topluluğa rast gəldilər və: "Musa, bunların tanrıları kimi bizə də bir tanrı düzəlt," dedilər. "Siz, gerçəkdən cahil bir topluluqsunuz," dedi.
7:139 "Bunlar, qərq olduqları bu şeylərlə həlak olacaqlar və etdikləri isə heç bir təmələ əsaslanmır."
7:140 "Sizin üçün Allahdan başqa bir tanrımı axtarım? Halbuki O, lütfü ilə sizi başqalarından üstün etdi."