بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:161 Xatırla ki, onlara: "Bu şəhərdə sakin olun, orada istədiyiniz kimi yeyin, dostca danışın və qapıdan təvazökar olaraq girin ki, xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha çoxunu verəcəyik," deyildiyində,
7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
7:163 Onlardan dəniz kənarındakı topluluq haqqında soruş. O vaxt şənbə günü işləmə qadağasını pozurdular. Şənbə gününə riayət etdikləri gün balıqları onlara axın-axın gəlirdi; ancaq şanbə gününə riayət etmədikləri gün onlara balıq gəlmirdi. Yoldan çıxdıqları üçün onları belə sınayırdıq.
7:164 İçlərindən bir topluluq: "Allahın həlak edəcəyi və şiddətli bir şəkildə əzablandıracağı bir xalqa nə üçün öyüd verirsiniz?" dedi. Dedilər ki: "Rəbbinizdən üzr diləyin," bəlkə dinləyib qurtularlar.
7:165 Onlara xatırladılanlara əhəmiyyət verməyib unudunca, pisliklərlə mücadilə edənləri qurtardıq; haqsızlıq edənləri də yoldan çıxmalarına qarşılıq olaraq dəhşətli bir əzab ilə yaxaladıq.
7:166 Onlar qadağan edilənlərə riayət etməyincə, onlara: "Həqir meymunlar olun," dedik.
7:167 Ayrıca Rəbbin, dirilmə gününə qədər onlara cəzaların ən pisini verəcək kimsələr göndərəcəyini bildirdi. Rəbbin tez nəticələndirəndir və əlbəttə O, Bağışlayandır, Rəhmlidir.
7:168 Onları yer üzündə topluluqlara ayırdıq. Bir qismi yaxşı, digər bir qismi isə alçalmış vəziyyətdə idi. Dönərlər deyə onları yaxşılıqlar və pisliklərlə sınadıq.
7:169 Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?
7:170 Kitaba sarılanlar və namaz qılanlara gəlincə, yaxşılığa çalışanları mükafatsız buraxmarıq.
7:171 Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."
7:172 Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.
7:173 Yaxud: "Atalarımız öncədən ortaq qoşdu və biz də onlardan sonra gələn soylarıyıq, bizi bidət və xurafələrə uyanlara görəmi məhv edəcəksən?" deyə bilməzsiniz.
7:175 Ona ayələrimizi verdiyimiz, ancaq onlardan sıyrılıb-çıxmış kimsənin nə vəziyyətə düşdüyünü anlat onlara. Şeytan onu azdırıncaya qədər təqib etmişdi.
7:176 İstəsəydik onu ayələrimizlə yüksəldərdik. Fəqət o, dünyaya bağlandı və həvəsinin ardına düşdü. Onun durumu, üstünə getsən də, getməsən də dili çöldə ləhləyən qəzəbli bir itin vəziyyətinə bənzəyər. Ayələrimizi yalanlayan topluluqların vəziyyəti bax belədir. Bu hadisəni çatdır, ola bilər ki, düşünərlər.
7:177 Ayələrimizi yalanlayan və yalnızca öz-özlərinə zalimlik edən topluluğun örnəyi necə də pisdir!
7:178 Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, ziyana uğrayacaqlar.
7:179 İnsanlardan və cinlərdən çoxunu cəhənnəmə məhkum etdik. Qəlbləri var, fəqət qavraya bilməzlər; gözləri var, fəqət görməzlər; qulaqları var, fəqət eşitməzlər. Onlar, kənd təsərrüfatı heyvanları kimidir, hətta daha da pis... Və onlar, olub bitəndən xəbərsizdirlər.
7:180 Ən gözəl isimlər Allahındır; elə isə Onu onlarla (o isimlərlə) çağırın. Onun isimlərini təhrif edənləri buraxın; etdiklərinin cəzasını çəkəcəklər.