بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:61 Dedi ki: "Xalqım, məndə bir azğınlıq yoxdur; ancaq mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm."
7:62 "Sizə Rəbbimin mesajını çatdırır və sizə öyüd verirəm. Sizin bilmədiklərinizi Allah vasitəsilə bilirəm."
7:63 "Sizi xəbərdar etmək üçün və müttəqi bir həyat yaşayıb mərhəmətə nail olasınız deyə, sizdən bir adama Rəbbinizdən bir mesajın gəlməsinəmi təəccübləndiniz?"
7:64 Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
7:66 Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
7:67 Dedi ki: "Ey xalqım, Mən başıboş (səfeh) deyiləm; fəqət mən, aləmlərin Rəbbi tərəfindən bir elçiyəm."
7:68 "Sizə Rəbbimin mesajını çatdırıram. Sizin üçün etibarlı bir nəsihətçiyəm."
7:69 "Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."
7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
7:71 Dedi ki: "Rəbbinizdən bir əzab və qəzəbə məhkum edilmisiniz. Sizin və atalarınızın uydurduğu və Allahın özlərinə heç bir güc vermədiyi isimlər haqqındamı mənimlə mübahisə edirsiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."
7:72 Bizdən bir rəhmət olaraq, onu və onunla birlik (halında) olanları qurtardıq. Ayələrimizi yalanlayaraq iman etməyənlərin də ardını kəsdik.
7:73 Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
7:74 "Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
7:75 Xalqının təkəbbürlü öncüləri, alçaldıb zülm etdikləri iman edənlərə, "Salehin gerçəkdən Rəbbi tərəfindən göndərilmiş olduğunu haradan bilirsiniz?" dedilər. Onlar da: "Biz onun gətirdiyi mesaja iman edirik," dedilər.
7:77 Dəvəni işgəncə edərək kəsdilər və Rəblərinin əmrinə (qarşı) baş qaldırdılar: "Saleh, gerçəkdən elçilərdən birisənsə, bizi təhdid etdiyin əzabı başımıza gətir," dedilər.
7:78 Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
7:79 O da onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin elçiliyini çatdırdım, sizə öyüd-nəsihət verdim; fəqət siz öyüd-nəsihət verənləri sevmirsiniz," dedi.
7:80 Və Lutu da göndərdik. Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin qıra bilmədiyi bir günahın rekordunumu qırırsınız?"