بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:81 "Siz, qadınları buraxıb cinsi hisslərlə kişilərə yönəlirsiniz? Siz həddi aşan bir topluluqsunuz!"
7:82 Xalqının cavabı, ancaq bunları söyləmək oldu: "Onları şəhərinizdə çıxarın. Bunlar çox təmiz insanlar imiş!"
7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
7:86 "Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
7:87 "Madam ki, sizdən bir qismi mənimlə göndərilən mesaja iman etmiş, bir qismi də iman etməmişdir, elə isə Allah aramızda hökm verincəyə qədər səbr edin. O Hökm verənlərin ən yaxşısıdır."
7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
7:89 "Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."
7:90 Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.
7:91 Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
7:92 Şueybi yalanlayanlar sanki heç orada yaşamamışlar kimi məhv oldular. Şueybi yalanlayanların özləri əsil ziyana uğrayanlar oldular.
7:93 Onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin mesajını çatdırdım, öyüd-nəsihət verdim. İnkar edən bir topluluğa görə necə heyfsilənə bilərəm?"
7:94 Hər nə vaxt bir ölkəyə bir peyğəmbər göndərdiksə, yalvarsınlar deyə xalqını qıtlıq və sıxıntıya düçar etdik.
7:95 Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.
7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.
7:97 Ölkələrin xalqları, əzabımızın gecə vaxtı onlar yatdıqları vaxt onlara gəlməyəcəyindən əminmi oldular?
7:98 Ölkələrin xalqları, əzabımızın gündüz vaxtı onlar əyləndikləri vaxt onlara gəlməyəcəyindən əminmi oldular?
7:99 Allahın planından əminmi oldular? Ziyana uğrayanlardan başqası Allahın planından əmin olmaz.
7:100 Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.