بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
8:41 Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
8:42 O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.
8:43 Allah onları röyanda sənə az göstərirdi. Onları sənə çox göstərsəydi, dağılacaq və o mövzuda mübahisə edəcəkdiniz. Fəqət Allah (sizi) qurtardı. O, sinələrin özünü Biləndir.
8:44 Vaxtı yetişib onlarla qarşılaşdığınızda sizin gözlərinizdə onları az göstərir, onların da gözlərində sizi az göstərirdi ki, Allah öncədən planlanmış işi gerçəkləşdirsin. İşlər, axırda Allaha dönər.
8:45 Ey iman edənlər, bir ordu ilə qarşılaşdığınız zaman dayanın və Allahı daha çox xatırlayın ki, uğur qazanasınız.
8:46 Allaha və elçisinə tabe olun, mübahisə etməyin, yoxsa zəifləyib gücünüzü itirərsiniz. Çətinliklərə qarşı müqavimət göstərin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.
8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.
8:48 Şeytan, işlərini onlara süsləmiş və: "Bu gün insanlardan kimsə sizi məğlub edə bilməz. Mən sizin yanınızdayam," demişdi. İki ordu üz-üzə gəlincə də, dabanları üstündə geri dönüb, "Sizinlə bir əlaqəm yoxdur, sizin görmədiyinizi görürəm və Allahdan qorxuram. Allahın cəzası çətindir (şiddətlidir)," demişdi.
8:49 İkiüzlülər və qəlblərində xəstəlik olanlar, "Bunları dinləri aldatmışdır," deyirdilər. Kim Allaha güvənərsə, şübhəsiz Allah Üstündür, Hikmət sahibidir.
8:50 İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
8:52 Eyni Fironun tərəfdarlarının və onlardan öncəkilərin gedişi kimi... Allahın ayələrini inkar etdilər. Günahlarına görə Allah da onları yaxalayıb cəzalandırdı. Allah Güclüdür, cəzası çətindir (şiddətlidir).
8:53 Çünki, bir topluluq özlərini dəyişdirmədikcə, Allah onlara verdiyi nemətləri dəyişdirməyəcəkdir. Allah Eşidəndir, Biləndir.
8:54 Örnək olaraq, Fironun tərəfdarları və onlardan öncəkilər kimi. Rəblərinin ayələrini yalanladılar. Biz də günahlarına görə onları məhv etdik. Fironun tərəfdarlarını suda boğduq. Hamısı da zalım idilər.
8:55 Allah yanında yaradılmışların (məxluqatın) ən pisi kafirlərdir; onlar iman etməzlər.
8:56 Onlar, sən onlarla razılığa gəldiyin halda, hər dəfə razılaşmalarını (müqavilələrini) pozanlardır. Onlar müttəqi davranmazlar.
8:57 Savaşda onları yaxalasan, onları özlərindən sonrakılara ibrət olacaq şəkildə darmadağın et. Bəlkə dərs alarlar.
8:58 Bir topluluğun xəyanəti səni narahat edirsə, sən də eyni şəkildə (diplomatik əlaqəni kəsib) at. Şübhəsiz Allah xainləri sevməz.
8:60 Onlar üçün əlinizdən gələn qüvvət və atlı birliklər (döyüş maşınları) hazırlayıb səfərbər edin. Beləcə onlarla Allahın düşmənlərini, düşmənlərinizi və onlardan başqa bilmədiyiniz, ancaq Allahın bildiyi kimsələri çəkindirərsiniz. Allah yolunda nə xərcləsəniz sizə tam olaraq ödənər və heç haqsızlığa məruz qalmazsınız.