Yunus - 10:34
De ki, "Ortaqlarınızdan hansı yaratmağı başladıb təkrarlaya bilir?" De ki: "Allah yaratmağı başladır və onu təkrarlayır. Necə də döndərilirsiniz?"
Allaha necə ortaq qoşdular?
Ənkəbut/29:17
"Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
Şura/42:21
Yoxsa Allahın izni olmadığı halda onlar üçün dini qaydalar və qanunlar ortaya qoyan ortaqlarımı var? Daha öncə müəyyən edilmiş bir qərar olmasaydı, onların arasında hökm verilərdi. Zalımlara ağrılı-acılı bir əzab vardır.
Ənam/6:1
Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
Bəqərə/2:165
Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!
Ali İmran/3:80
Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?
Ənam/6:40
De: "Doğrusunuzsa söyləyin görüm, sizə Allahın əzabı, yaxud Saat (dünyanın sonu) gəlsə, Allahdan başqasınamı yalvararsınız?"
Ənam/6:41
Doğrusu, Yalnız Ona yalvararsınız. İstəsə yalvardığınız mövzudakı probleminizi aradan qaldırar, siz də ortaq qoşduqlarınızı unudarsınız.
Ənam/6:136
Allahın yaratdığı əkinlərdən və kənd təsərrüfatı heyvanlarından Ona bir pay ayıraraq, (öz) başlarına görə, "Bu Allahın, bu da ortaqlarımızındır," dedilər. Ortaqlarının payı Allaha yetişmir; ancaq Allahın payı ortaqlarına yetişir! Necə də pis hökm verirlər.
Ənam/6:137
Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.
Yunus/10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Cinn/72:19
Allahın qulu qalxıb sadəcə Ona çağırdığında, ona qarşı az qala hamısı bir oldular.
Ali İmran/3:64
De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Nəhl/16:35
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Rum/30:31
Ona yönəlin; Onu hörmətlə dinləyin, namazı qoruyun və ortaq qoşanlardan olmayın!
Rum/30:32
Onlar ki, dinlərini parçaladılar və məzhəb-məzhəb oldular. Hər partiya özünə aid (imam və kitab)larla sevinib öyünməkdədir.
Ali İmran/3:151
Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Ənam/6:19
Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77
Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78
Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:94
"Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."
Ənam/6:100
Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.
Ənam/6:121
Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Əraf/7:33
De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Yunus/10:105
"Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən; ortaq qoşanlardan olma."
Hud/11:54
"Sənin tanrılarımızın biri tərəfindən vurulduğunu söyləyirik." Dedi ki: "Allahı şahid tuturam, siz də şahid olun ki, mən uzağam sizin ortaq qoşduğunuz,"
Hud/11:55
"Ondan başqalarından. Haydı, hamınız birləşib mənə qarşı plan hazırlayın. Heç gözləməyin də."
Yusuf/12:103
Nə qədər istəsən də, insanların əksəriyyəti iman etməyəcəkdir.
Yusuf/12:106
Onların da çoxu, ortaq qoşmadan Allaha iman etməz.
Nəhl/16:86
Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.
Kəhf/18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
Məryəm/19:81
Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.
Ənkəbut/29:8
Biz insana, ana və atasına yaxşı davranmasını öyüd-nəsihət etmişik. Ancaq onlar, haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də uyma. Hamınızın dönüşü Mənədir və etdikləriniz şeylər haqqında sizə bilgi verəcəyəm.
Ya sin/36:74
Allahdan başqa tanrılar qəbul etdilər. Bəlkə onlara yardım edərlər deyə.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Ğafir/40:12
Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:73
Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74
"Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
Əhqaf/46:28
Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.
Cinn/72:1
De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2
"O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."
Cinn/72:3
"Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Cinn/72:20
De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."