Yunus - 10:44
Allah insanlara əsla zülm etməz; ancaq insanlar özləri özlərinə zülm edərlər.
Məqsəd; Rəbbimiz qullarını, çəkinmələri lazım olan şeyləri bildirmədən, yəni ayə/kitab göndərmədən cəzalandırmaz, bildirdikdən sonra da qulların bir bəhanəsi qalmaz:
Nisa/4:165
Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Furqan/25:38
Ad, Səmud, Rəss əhalisi və bunların arasında bir çox nəsilləri də...
Furqan/25:39
Hamısına yetərli örnəklər vermişdik, axırda hamısını qırıb məhv etdik.
Maidə/5:19
Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Ali İmran/3:108
Bunlar, sənə ən doğru olaraq oxuduğumuz Allahın ayələridir. Allah heç kimsəyə zülm etmək istəməz.
Şuəra/26:208
Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.
Ənam/6:130
Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Ənam/6:131
Bu belədir. Rəbbin, əhalisi xəbərsiz olan ölkələri zülm ilə həlak etməz.
Ta ha/20:134
Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.
Əhqaf/46:27
Çevrənizdəki neçə-neçə şəhərləri də məhv etdik. Dönərlər deyə onlara ayələri açıqlamışdıq.