بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
28:41 Onları, atəşə çağıran öndərlər etdik; dirilmə günündə də yardım görməzlər.
28:42 Bu dünyada onları lənətlənmiş olaraq tanıtdıq. Dirilmə günündə də alçaldılacaqlar.
28:43 İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik;  bəlkə öyüd alarlar deyə.
28:44 Musaya əmri yetişdirdiyimiz zaman sən qərb tərəfində deyildin; sən şahid deyildin.
28:45 Fəqət Biz bir çox nəsillər yaratdıq. Üzərindən çox zaman keçdi. Sən Mədyən xalqı arasında olub ayələrimizi (onlar üçün) də oxumurdun. Ancaq, Biz elçilər göndəririk.
28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...
28:48 Öz tərəfimizdən onlara gerçək yetişdiyində, "Kaş ki, Musaya verilən (möcüzələrin) bir bənzəri bizə də gətirilsəydi!" dedilər. (Eyni başa sahib olanlar) daha öncə də Musaya verilənləri inkar etməmişdilərmi? "Bir-birini dəstəkləyən iki sehrdir (sehr kitabıdır). Biz ikisini də rədd edirik," dedilər.
28:49 De ki: "Doğru sözlüsünüzsə, Allah qatından bu ikisindən daha yaxşı yol göstərən bir kitab gətirin, mən ona tabe olum!"
28:50 Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.
28:53 Onlara oxunduğu zaman, "Ona iman etdik. Bu, Rəbbimizdən gələn gerçəkdir. Onsuz da ondan öncə də müsəlmanlar idik," deyərlər.
28:54 Onların mükafatları, səbr etmələrindən ötrü iki dəfə veriləcəkdir. Pisliyi yaxşılıqla dəf edərlər və onlara verdiyimiz nemətlərdən verərlər.
28:55 Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.
28:56 Sən sevdiyini doğruya yönəldə bilməzsən. İstədiyini doğruya yönəldən sadəcə Allahdır. Doğru yolda olanları da yaxşı bilir.
28:57 Dedilər ki, "Sənin hidayətinə tabe olsaq yurdumuzdan edilərik." Onları, qatımızdan hər növ məhsulun ruzi olaraq toplanıb götürüldüyü güvənli və mübarək bir bölgəyə yerləşdirmədikmi? Halbuki çoxları bilməz.
28:58 Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.
28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
28:60 Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?