Yunus - 10:74 Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.
Qəlblərinin möhürlənməsi, gözlərinə pərdə qoyulmasından məqsəd nədir?
Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?

Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.

Həcc/22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.

Əraf/7:100 Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.