بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.
4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.
4:144 Ey iman edənlər! İman edənləri buraxıb inkar edənləri dost tutmayın. Allaha, sizə qarşı istifadə edəcəyi bir dəlilmi vermək istəyirsiniz?
4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
4:146 Ancaq tövbə edən, vəziyyətini düzəldən, Allaha sarılan və dinlərini sadəcə Allaha aid edənlər başqa... Bunlar, iman edənlərlə birlikdədir. Allah iman edənlərə daha sonra böyük bir mükafat verəcək.
4:147 Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.
4:148 Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.
4:149 Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.
4:150 Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
4:151 Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.
4:152 Allaha və elçilərinə iman edən və onların heç birinin arasında fərq qoymayanların da mükafatlarını irəlidə verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.
4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.
4:157 Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
4:159 Özlərinə kitab verilənlərdən hər biri ölümündən öncə ona iman etmək məcburiyyətindədir. Dirilmə Günü isə o onlara qarşı şahid olacaqdır.
4:160 Yəhudilərin işlədikləri zülmlərə və bir çox adamı Allah yolundan çevirmələrinə görə onlara daha öncə halal edilmiş təmiz nemətləri qadağan etdik.