Hud - 11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Axirət mövzusunda şübhə edənlərə qarşı Quranın hökmü nədir?
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Əhqaf/46:34
İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Ənam/6:29
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Ənam/6:30
Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Furqan/25:11
Doğrusu onlar Saatı (dünyanın sonunu) yalanladılar. Saatı yalanlayanlara alovlu cəhənnəmi hazırladıq.
Rum/30:16
İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.
Şura/42:18
Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Casiyə/45:31
İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:32
Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Ənam/6:31
Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Ənam/6:150
De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
Yunus/10:45
Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
İsra/17:97
Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
İsra/17:98
Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.
Səba/34:7
İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8
"Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Əhqaf/46:17
Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
Əhqaf/46:18
Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.
Təğabun/64:7
İnkar edənlər, dirildilməyəcəklərini iddia edərlər. De ki, "Bəli, Rəbbimə and olsun, dirildiləcəksiniz və sonra etdikləriniz sizə bildiriləcəkdir. Bu, Allah üçün asandır."
Ya sin/36:51
Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52
"Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Yunus/10:11
İnsanların yaxşılığı tez istəmələri kimi, Allah da onlara əzabı tez versəydi vaxtları (ömürləri) bitirilmiş olardı. Bizimlə qarşılaşmağı ümid etməyənləri, azğınlıqları içində çaşqın vəziyyətdə buraxarıq.