بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:21 Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər?Zalımlar həqiqətən uğur qazana bilməzlər.
6:22 Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."
6:24 Özlərinə qarşı necə yalan söylədiklərinə diqqət et. Uydurduqları şeylər onları necə də tərk etdi.
6:25 Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.
6:26 Özləri uzaqlaşdıqları kimi başqasını da ondan çəkindirirlər. Beləcə fərqində olmadan özlərini məhv edirlər.
6:27 Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
6:28 Daha öncə gizlədikləri ortaya çıxdığı üçün (bu etirafı edirlər). Geri döndərilsəydilər, yenə çəkindirildikləri şeyə dönərdilər. Yalan söyləyirlər.
6:29 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
6:30 Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
6:32 Dünya həyatı ancaq bir oyun və əyləncədir. Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Düşünmürsünüz?
6:33 Söylədikləri şeylərin səni üzdüyünü bilirik. O zalımlar səni deyil, Allahın ayələrini rədd edir.
6:34 Səndən öncəki elçiləri də yalançılıqla günahlandırdılar. Yalanlanmalara qarşı müqavimət göstərdilər. Zəfərimiz yetişincəyədək sıxıntı çəkdilər. Allahın sistemi dəyişməyəcək. Necə ki, elçilərin tarixi sənə gəlib çatmışdır.
6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
6:36 Ancaq dinləyənlər yönələr. Ölüləri Allah dirildər, sonra da hər şey Ona döndərilər.
6:37 "Ona Rəbbindən bir ayə (möcüzə) enməli deyildimi?" deyirlər. De ki: "Allah istədiyi an bir ayə endirə bilir; fəqət çoxu bunu bilməz."
6:38 Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.
6:39 Ayələrimizi yalanlayanlar qaranlıqlar içində olan karlar və lallardır. Allah kimi istəyərsə azdırar, kimi də istəyərsə doğru yola qoyar/yönəldər.
6:40 De: "Doğrusunuzsa söyləyin görüm, sizə Allahın əzabı, yaxud Saat (dünyanın sonu) gəlsə, Allahdan başqasınamı yalvararsınız?"