Hud - 11:91 Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
"Sənin söylədiklərinin bir çoxunu anlamırıq.": Nə üçün anlamazlar?
Ənam/6:110 İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Ənam/6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.

Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Əraf/7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.

Yunus/10:96 Rəbbinin qərarıyla məhkum edilənlər iman etməzlər.
Yunus/10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).

Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?