Yusuf - 12:2
Onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız.
Quran (zikr) nə üçün nazil edildi?
İbrahim/14:52
Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.
Hud/11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Hud/11:2
(Ona görə) ki, Allahdan başqasına qulluq/xidmət etməyin. Şübhəsiz mən, Onun tərəfindən sizə bir xəbərdarlıq edən və müjdə verənəm.
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Sad/38:29
Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
Nəhl/16:89
Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.
Ta ha/20:113
Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
Ya sin/36:5
Bu, Üstün və Rəhmli olanın nazil etdiyi bir vəhydir.
Ya sin/36:6
Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...
Duxan/44:2
Açıq-aşkar olan bu kitaba and olsun.
Duxan/44:3
Biz xəbərdar etmək üçün onu mübarək bir gecədə nazil etdik.
Nəhl/16:102
De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."
Hədid/57:9
Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.
İsra/17:82
Quranı, iman edənlər üçün bir şəfa və rəhmət olaraq nazil etdik. Zalımların isə ancaq zərərini artırır.
Yunus/10:57
Ey insanlar, Rəbbinizdən sizə bir öyüd, könülləri sıxan hər şeyə qarşı bir şəfa, iman edənlərə bir yol göstərən və bir rəhmət gəlmişdir.
Şuəra/26:209
Bu bir xəbərdarlıq və mesajdır; çünki Biz zülm etmərik.
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156
Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.