Rad - 13:25
Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
İman edənlərin qəlbləri qardaş və əqrəba kimi bir-birlərinə bağlıdır/bağlı olmalıdır:
Bəqərə/2:27
O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!
Ali İmran/3:103
Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.
Rad/13:21
Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.
Rad/13:25
Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
Muhəmməd/47:22
Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
Şura/42:23
Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.
Tovbə/9:8
Necə ola bilər ki? Sizə qalib gəlsəydilər, nə bir əqrəbalıq əlaqəsini qoruyardılar, nə də bir müqaviləni... Ağızları ilə sizi passivləşdirəcək xoş sözlər söyləyərlər, fəqət qəlbləri əksini istəyər. Çoxları yoldan çıxmışdır.