Rad - 13:6 Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.
Allah, qullarına özlərini düzəltmələri üçün yetərli vaxt verir:
Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.

Kəhf/18:58 Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.

Ənbiya/21:43 Yoxsa onları Bizə qarşı qoruya biləcək tanrılarımı var?  Halbuki, onlar özlərinə belə yardım edə bilməzlər və Biz də sahib çıxmarıq.
Ənbiya/21:44 Halbuki, Biz onları və atalarını yaşlanıncaya qədər nemətləndirdik. Yer üzünün uclarından davamlı olaraq əskiltdiyimizi görmürlərmi? Buna rəğmən onlarmı üstün gələcək?

Ğafir/40:67 O ki, sizi torpaqdan, sonra bir damcıdan (nütfədən), sonra asılı duran bir embriondan yaratmışdır. Yetkinləşməniz və qocalmanız üçün daha sonra sizi uşaq olaraq çıxardır. Sizdən bəzilərinin canı daha erkən alınır. Daha öncə müəyyən edilmiş yaşa yetişirsiniz ki, qavrayasınız.

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.

Nuh/71:3 "Allaha qulluq edin, Onu saya salın və məni izləyin."
Nuh/71:4 "(Ona görə) ki, günahlarınızı bağışlasın və sizi bəlli bir müddətə qədər təxirə salsın. Şübhəsiz, Allahın verdiyi vaxt yetişincə möhlət verilməz, bir bilsəydiniz.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Şura/42:34 Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.

Rad/13:6 Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.