بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
40:61 Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.
40:62 Budur Rəbbiniz Allah, hər şeyin Yaradıcısıdır; Ondan başqa tanrı yoxdur. Necə də çevrilirsiniz?
40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
40:65 O, Diridir; Ondan başqa tanrı yoxdur. Dini sadəcə Ona aid edərək, Onu çağırın. Tərif aləmlərin Rəbbi Allahadır.
40:66 De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."
40:67 O ki, sizi torpaqdan, sonra bir damcıdan (nütfədən), sonra asılı duran bir embriondan yaratmışdır. Yetkinləşməniz və qocalmanız üçün daha sonra sizi uşaq olaraq çıxardır. Sizdən bəzilərinin canı daha erkən alınır. Daha öncə müəyyən edilmiş yaşa yetişirsiniz ki, qavrayasınız.
40:68 Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
40:69 Allahın ayə və möcüzələrinə qarşı mücadilə edənlərin necə də çevrildiklərini görmürsənmi?
40:70 Onlar, kitabı və elçilərimiz vasitəsilə göndərdiyimiz mesajı yalanladılar. İrəlidə biləcəklər.
40:74 "Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.
40:75 Çünki siz yer üzündə gerçəyə əsaslanmadan sevinirdiniz və qudurub həddi aşırdınız.
40:76 Daimi qalmaq üzrə Cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.
40:77 Elə isə  səbr et. Allahın sözü gerçəkdir. Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onlar Bizə döndəriləcəklər.
40:78 Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.
40:79 Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.
40:80 Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.