Hicr - 15:10
Səndən öncə, keçmiş topluluqlara da elçilər göndərdik.
Hər camaata elçi göndərilmişdir:
Fatir/35:24
Səni müjdə verən və xəbərdar edən biri olaraq gerçəklə göndərdik. Hər camaatın içində mütləq xəbərdar edən biri gəlmişdir.
Rad/13:7
İnkar edənlər: "Ona bir möcüzə enməli deyildimi?" deyirlər. Sən ancaq bir xəbərdarlıq edənsən. Hər camaat üçün bir Yolgöstərən vardır.
Yunus/10:47
Hər bir camaat üçün bir elçi vardır. Elçiləri gəldiyi zaman ədalətlə mühakimə olunarlar və əsla onlara zülm edilməz.
İsra/17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Nəhl/16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Şuəra/26:208
Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.
Nisa/4:164
Sənə öncədən anlatdığımız elçilərə və anlatmadığımız elçilərə də... Və Allah Musa ilə də kəlmələrlə danışmışdı.
Ğafir/40:78
Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.