Hicr - 15:12
Məhz günahkarların qəlbinə belə (bir davranışı) salarıq.
Elçilərə necə istehza etdilər?
Zəriyət/51:52
Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53
"Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zəriyət/51:38
Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39
Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Əraf/7:65
Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:66
Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Hud/11:25
Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26
"Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Hud/11:38
Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."
Qamər/54:9
Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:25
"O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."