Hicr - 15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Mələklər günahkarlara nə üçün göndərilər?
Bəqərə/2:210 Allahın və mələklərin yoğun buludlar arasından onlara gəlməsinimi gözləyirlər? O zaman hər şey bitərdi və hər şey Allaha döndərilərdi.

Furqan/25:21 Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
Furqan/25:22 Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.

Zəriyət/51:31 (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.
Zəriyət/51:32 Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."
Zəriyət/51:33 "Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."
Zəriyət/51:34 "Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."

Hicr/15:58 "Biz, günahkar bir camaata göndərildik;"

Ənam/6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.

Kəhf/18:65 (Öz) qatımızdan rəhmət verdiyimiz və bilgimizdən öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.
Kəhf/18:74 Beləcə getdilər. Nəhayət, bir cavan oğlan ilə rastlaşdıqda onu dərhal öldürdü. "Kimsəyə qıymamış günahsız bir kimsəni nə üçün öldürdün? Sən, çox pis bir iş gördün," dedi.
Kəhf/18:78 Dedi ki: "Bax bu, mənim səninlə olan bərabərliyimin sonudur. Dözə bilmədiyin şeylərin açıqlamasını isə sənə bildirəcəyəm."
Kəhf/18:80 "Uşağa gəlincə, ana-atası iki iman edən şəxs idi. Həddi aşması və nankorluq ilə o ikisinə yük olmasından narahat idik."