Hicr - 15:82 Dağlardan güvənli evlər yonturdular.
Hicr xalqı kimlərdir?
Şuəra/26:142 Qardaşları Saleh onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:145 "Buna qarşılıq sizdən bir ücrət də istəmirəm. Mənim ücrətimi ancaq aləmlərin Rəbbi ödəyər."
Şuəra/26:148 "Əkinlər və yetişmiş meyvəli xurmalıqlar içindəsiniz."
Şuəra/26:149 "Və dağlardan dəbdəbəli köşklər yontursunuz."
Şuəra/26:152 "Onlar yer üzündə yaxşılıq deyil, pislik işləyərlər."
Şuəra/26:154 "Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Şuəra/26:155 (Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."
Şuəra/26:156 "Ona bir pislik toxundurmayın. Yoxsa böyük bir günün cəzasına uğrayarsınız."
Şuəra/26:158 Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:159 Şübhəsiz, sənin Rəbbin Üstündür, Rəhmlidir.

Əraf/7:73 Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
Əraf/7:74 "Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."