بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
26:145 "Buna qarşılıq sizdən bir ücrət də istəmirəm. Mənim ücrətimi ancaq aləmlərin Rəbbi ödəyər."
26:154 "Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
26:155 (Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."
26:158 Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.