Nəhl - 16:1 Allahın əmri gəlmişdir, elə isə tələsmə. Onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
"Allahın əmri gəlmişdir, elə isə tələsmə.": Məqsəd nədir?
Nəhl/16:1 Allahın əmri gəlmişdir, elə isə tələsmə. Onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
اَتٰٓى اَمْرُ اللّٰهِ فَلَا تَسْتَعْجِلُوهُۜ سُبْحَانَهُ وَتَعَالٰى عَمَّا يُشْرِكُونَ

Əhqaf/46:35 Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?
فَاصْبِرْ كَمَا صَبَرَ اُو۬لُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْۜ كَاَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَۙ لَمْ يَلْبَثُٓوا اِلَّا سَاعَةً مِنْ نَهَارٍۜ بَلَاغٌۚ فَهَلْ يُهْلَكُ اِلَّا الْقَوْمُ الْفَاسِقُونَ

Ğafir/40:78 Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.
وَلَقَدْ اَرْسَلْنَا رُسُلاً مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَۜ وَمَا كَانَ لِرَسُولٍ اَنْ يَأْتِيَ بِاٰيَةٍ اِلَّا بِـاِذْنِ اللّٰهِۚ فَاِذَا جَٓاءَ اَمْرُ اللّٰهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ۟

Əhzab/33:38 Allahın Peyğəmbər üçün qanuniləşdirdiyi bir mövzuda, peyğəmbərə heç bir əngəl yoxdur. Bu, keçmişdən bəri gəlib-keçmişlərə tətbiq edilən Allahın sünnətidir (qanunudur). Allahın əmri, müəyyən edilmiş və qətiləşmişdir.
مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ ف۪يمَا فَرَضَ اللّٰهُ لَهُۜ سُنَّةَ اللّٰهِ فِي الَّذ۪ينَ خَلَوْا مِنْ قَبْلُۜ وَكَانَ اَمْرُ اللّٰهِ قَدَراً مَقْدُوراًۙ

Nəhl/16:33 Özlərinə mələklərin gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər? Özlərindən öncəkilər də eyni şəkildə davranmışdılar. Onlara Allah zülm etmədi, onlar özləri özlərinə zülm etdilər.
هَلْ يَنْظُرُونَ اِلَّٓا اَنْ تَأْتِيَهُمُ الْمَلٰٓئِكَةُ اَوْ يَأْتِيَ اَمْرُ رَبِّكَۜ كَذٰلِكَ فَعَلَ الَّذ۪ينَ مِنْ قَبْلِهِمْۜ وَمَا ظَلَمَهُمُ اللّٰهُ وَلٰكِنْ كَانُٓوا اَنْفُسَهُمْ يَظْلِمُونَ

Hud/11:101 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
وَمَا ظَلَمْنَاهُمْ وَلٰكِنْ ظَلَمُٓوا اَنْفُسَهُمْ فَـمَٓا اَغْنَتْ عَنْهُمْ اٰلِهَتُهُمُ الَّت۪ي يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ مِنْ شَيْءٍ لَمَّا جَٓاءَ اَمْرُ رَبِّكَۜ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْب۪يبٍ

Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
قُلْ اِنْ كَانَ اٰبَٓاؤُ۬كُمْ وَاَبْنَٓاؤُ۬كُمْ وَاِخْوَانُكُمْ وَاَزْوَاجُكُمْ وَعَش۪يرَتُكُمْ وَاَمْوَالٌۨ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَـهَٓا اَحَبَّ اِلَيْكُمْ مِنَ اللّٰهِ وَرَسُولِه۪ وَجِهَادٍ ف۪ي سَب۪يلِه۪ فَتَرَبَّصُوا حَتّٰى يَأْتِيَ اللّٰهُ بِاَمْرِه۪ۜ وَاللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِق۪ينَ۟

Bəqərə/2:109 Kitab əhlinin bir çoxu, gerçək onlara bəlli olduğu halda, özlərindəki qısqanclıqdan ötrü sizi imanınızdan sonra inkara döndərməyi arzulayarlar. Allah əmrini gətirincəyə qədər onları əfv edin, görməməzlikdən gəlin. Allah hər şeyə gücü yetəndir.
وَدَّ كَث۪يرٌ مِنْ اَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ ا۪يمَانِكُمْ كُفَّاراًۚ حَسَداً مِنْ عِنْدِ اَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّۚ فَاعْفُوا وَاصْفَحُوا حَتّٰى يَأْتِيَ اللّٰهُ بِاَمْرِه۪ۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

Nəhl/16:77 Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.
وَلِلّٰهِ غَيْبُ السَّمٰوَاتِ وَالْاَرْضِۜ وَمَٓا اَمْرُ السَّاعَةِ اِلَّا كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

Əhzab/33:63 İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."
يَسْـَٔلُكَ النَّاسُ عَنِ السَّاعَةِۜ قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِۜ وَمَا يُدْر۪يكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَر۪يباً

Qamər/54:50 Əmrimiz göz qırpması kimi anidir.
وَمَٓا اَمْرُنَٓا اِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ