بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
16:62 Xoşlamadıqları şeyləri Allaha aid edirlər və  özlərinin yaxşıya layiq olduqları yalanını isə, dilləri ilə dolayı yolla söyləyirlər. Əlbəttə, atəşə tərk ediləcəklər.
16:63 Allaha and olsun ki, səndən öncəki cəmiyyətlərə də elçilər göndərdiyimizdə şeytan işlərini onlara gözəl göstərdi. Necə ki, onların vəlisi (yaxın yoldaşı) bu gün odur. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
16:64 Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.
16:65 Allahın göydən bir su endirdiyini, onunla ölümündən sonra torpağı diriltməsində, dinləyən bir topluluq üçün bunda dəlillər vardır.
16:66 Sizin üçün kənd təsərrüfatı heyvanlarında da dərslər vardır. İçməyiniz üçün qarınlarından, yəni həzm olunmuş qida ilə qan arasından çıxan bir maddəni sizə sunuruq. İçilməsi ləzzətli (olan) saf süd.
16:67 Və xurma ağaclarının meyvələrindən, üzümlərdən həm sərxoşedici içkilər, həm də gözəl bir ruzi əldə edərsiniz. Dərk edən bir camaat üçün bunda bir işarət vardır.
16:68 Və Rəbbin arıya vəhy etdi: "Dağlardan, ağaclardan və qurduqlarından (pətəklərdən) evlər qur,"
16:69 "Sonra, hər növ meyvədən ye və Rəbbinin planını olduğu kimi izlə." Qarınlarından, insanlar üçün şəfa olan müxtəlif rənglərdə bir içki (bal) çıxar. Düşünən insanlar üçün bunda bir işarət vardır.
16:70 Və sizi Allah yaratdı. Sonra da həyatınıza son qoyar. Sizdən bəziləri həyatın ən pis zamanına qədər yaşadılır ki, bilgidən sonra heç bir şeyi bilməsin. Allah Biləndir, hər şeyə Gücü Yetəndir.
16:71 Allah ruzi (mal, imkan) baxımından sizi bir-birinizdən üstün etmişdir. Halbuki üstünlük verilənlər, əmrləri altındakılarla imkanlarını eyni bölüşməzlər. Allahın nemətinimi rədd edirlər?
16:72 Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?
16:73 Allahı buraxıb, özlərinə göylərdən və yerdən ruzi təmin edə bilməyən aciz kəslərə qulluq edirlər.
16:75 Allah, heç bir şeyə gücü çatmayan, sahibi olan bir kölə ilə Öz tərəfimizdən gözəl şəkildə ruziləndirdiyimiz, o ruzidən gizli və açıq yardım üçün xərcləyən şəxsi örnək olaraq verir. Bu ikisi heç eyni olarmı? Tərif Allahadır, ancaq çoxları bilməzlər.
16:76 Allah bu iki nəfəri də örnək verir: Biri bir şey edə biləcək bacarığa sahib olmayıb tamamilə ağasından/sahibindən asılıdır, onu nə işə qoysa bir şey bacara bilməz. Bax belə bir kəs ilə doğru yol üzərində olub ədaləti yerinə yetirən kəs heç eyni olarmı?
16:77 Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.
16:78 Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.
16:79 Göyün atmosferinə uyğun yaradılmış quşları görmürlərmi? Onları Allahdan başqası saxlamaz. Bunda iman edən bir camaat üçün əlbəttə ayələr vardır.
16:80 Və Allah evlərinizi sizin üçün sığınacaqlar (yaşayış yeri) etdi. Kənd təsərrüfatı heyvanlarının dərilərindən, yolçuluq (səfər) günü və bir yerdə yerləşib qalmaq üçün istifadə edəcəyiniz çadır evlər təmin etdi. Yunlarından, kürklərindən və tüklərindən də bir müddətə qədər geyinib, döşəyəcəyiniz əşyalar çıxartdı.