İsra - 17:19 Kim Axirəti seçər və mömin olaraq lazım olan cəhdi göstərərsə, bax onların cəhdi təqdir edilir.
İman edənlərin Allah yolunda çəkdikləri çətinliklərin qarşılığı:
Bəqərə/2:218 İman edənlər, Allah yolunda hicrət edənlər və səy göstərənlər, Allahın rəhmətini ümid edər. Allah Bağışlayandır, Rəhmlidir.

Nisa/4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Ali İmran/3:169 Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.

Nisa/4:74 Dünya həyatını axirətə dəyişənlər Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, ölər yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.

Tovbə/9:20 İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Tovbə/9:21 Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.

Həcc/22:58 Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!
Həcc/22:59 Razı qalacaqları bir qəbul ilə qatına alacaqdır onları. Allah Biləndir, Şəfqətlidir.

Muhəmməd/47:4 Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.

İnsan/76:20 Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.
İnsan/76:21 Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.
İnsan/76:22 Bu, mükafatınızdır və göstərdiyiniz səy üçün təşəkkür edilmişdir.

Ali İmran/3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.

Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Nəhl/16:96 Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.

Ali İmran/3:142 Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?
Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.

Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Nəhl/16:42 Və onlar ki, müqavimət göstərərlər. Və Rəblərinə güvənərlər.
Nəhl/16:110 Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.

Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110 "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muminun/23:111 "Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."

Muhəmməd/47:31 Sizdən səy göstərənləri və çətinliklərə qarşı müqavimət göstərənləri ortaya çıxarıncaya qədər sizi sınayacağıq və keyfiyyətinizi sınayacağıq.

Ali İmran/3:200 Ey iman edənlər! Uğur qazanmaq üçün çətinliklərə qarşı tək-tək müqavimət göstərin, toplu halda müqavimət göstərin, birlik (halında) olun və Allahı dinləyin.

Əraf/7:128 Musa, xalqına: "Allahdan yardım diləyin, səbrlə müqavimət göstərin. Yer üzü Allahındır və onu qullarından istədiyinə verir. Aqibət müttəqi davrananlarındır," dedi.

Nəhl/16:110 Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.

Ənkəbut/29:56 Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.
Ənkəbut/29:58 İman edən və müttəqi davrananları içindən çaylar axan cənnətin köşklərinə yerləşdirəcəyik; orada əbədi qalarlar. Çalışanların (səy göstərənlərin) qarşılığı necə də gözəldir.
Ənkəbut/29:59 Onlar ki, müqavimət göstərərlər və Rəblərinə güvənərlər.

Zumər/39:10 De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.

Şura/42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.