Məryəm - 19:30
(İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
İsaya verilən kitab:
Hədid/57:27
Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.
Ali İmran/3:45
Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
Ali İmran/3:46
"Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."
Ali İmran/3:47
(Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Ali İmran/3:48
"Ona Kitabı, Hikməti, Tövratı və İncili öyrədəcək."
Maidə/5:46
Onların ardından, öncəki Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik. Ona, içində hidayət və nur olan, öncəki Tövratı təsdiqləyən və müttəqilər üçün bir yol göstərən və öyüd-nəsihət olan İncili verdik.
Maidə/5:75
Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!