Ənbiya - 21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
Ən böyük qorxu:
Səba/34:51 Qorxuya qapıldıqları anı bir görəsən; qaça bilməzlər; yaxın bir yerdən yaxalanmışlar.

Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8 Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.

Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44 Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.

Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."

İbrahim/14:42 Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.
İbrahim/14:43 Başları boyunları üstündə sərt hərəkətsiz halda durmuş, göz qapaqlarını da qırpmadan qorxudan zehinləri bomboş bir halda qaçırlar.

Hud/11:103 Axirət əzabından qorxanlar üçün bunda bir dərs vardır. İnsanların toplandığı bir gündür o. Şahid olunan bir gündür o

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Nəml/27:87 Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.
Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Loğman/31:33 Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.