بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
25:61 Göy üçün bürclər yaradan və ona bir lampa və parlayan bir ay yerləşdirən çox ucadır.
25:62 O, gecəni və gündüzü bir-birini təqib edən etdi; öyüd almaq və ya şükür etmək istəyənlər üçün...
25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."
25:67 Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.
25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.
25:69 Dirilmə günü cəzaları qat-qat artırılar və alçaldılmış olaraq orada əbədi qalarlar.
25:70 Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!
25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.
25:73 Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.
25:74 Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.
25:75 Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.
25:77 De ki, "Duanız olmasa Rəbbimin yanında dəyəriniz yoxdur. Yalan hesab edərsinizsə, nəticəsinə qatlanacaqsınız."