Ənbiya - 21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Kafirlərin sonu:
Tovbə/9:68 Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.

Yunus/10:4 Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.

Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.

Ali İmran/3:56 "Kafirləri isə dünyada və axirətdə şiddətli bir şəkildə cəzalandıracağam; yardımçıları da olmayacaq."

Ənbiya/21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."

Nəhl/16:27 Sonra, Dirilmə günündə onları rəzil edər və: "Uğrunda mübahisə edərək mücadilə etdiyiniz 'ortaqlarım' haradadır?" deyər. Özlərinə bilgi verilənlər də belə deyərlər: "Bu gün rəzillik və pislik kafirlərədir."

Nisa/4:102 Sən aralarında olub onlara namaz qıldırdığın zaman, onlardan bir qrup sizi qorumaq üçün yanınızda olsun və silahlarını da yanlarına alsın. Namaza duranlar səcdəyə vardıqlarında arxanızda olsunlar. Sonra namaz qılmamış olan qrup gəlsin və səninlə birlikdə namaza dursunlar, (namazı bitirmiş olan qrup isə) silahlarını alıb növbətçi dursunlar. İnkar edənlər, silahlarınızdan və əşyanızdan diqqətsiz davranmanızı və beləcə sizi qəfil bir hücumla məhv etməyi ümid edərlər. Yağmur və xəstəlik kimi səbəblərə görə silahlarınızı buraxmanızda bir günah yoxdur. Ancaq gözdə-qulaqda olun. Allah kafirlərə alçaldıcı bir əzab hazırladı.

Əraf/7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."

Ənfal/8:14 Bax bunu dadın. Kafirlər üçün bir də atəş əzabı var.
Ənfal/8:55 Allah yanında yaradılmışların (məxluqatın) ən pisi kafirlərdir; onlar iman etməzlər.
Ənfal/8:59 Kafirlər, qurtulduqlarını sanmasınlar. Qaça bilməzlər.

Tovbə/9:49 Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.

Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Rad/13:35 Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.

İbrahim/14:2 Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.

İsra/17:8 Rəbbiniz sizə rəhmət edər. Siz (fəsad törətməyə) dönərsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.

Kəhf/18:100 O gün cəhənnəmi verərik o kafirlərə...
Kəhf/18:101 Onlar ki, mesajıma qarşı gözləri pərdəli idi, dinləyə də bilmirdilər...

Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!

Ənkəbut/29:54 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Ənkəbut/29:68 Yalan uydurub Allaha isnad edəndən və özünə gələn gerçəyi yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?

Zumər/39:32 Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?

Qaf/50:21 Hər can yanında bir sürücü və bir şahid ilə gələr.
Qaf/50:22 Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Qaf/50:23 Yanındakı yoldaşı, "Bu yanımdakı hazırdır" deyər.
Qaf/50:24 Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,