بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
50:22 Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
50:26 O ki, Allah ilə birlikdə başqa tanrı qəbul etdi. Onu o çətin (şiddətli) cəzanın içinə atın.
50:27 Yoldaşı, "Rəbbim, mən onu azdırmadım; fəqət o özü dərin bir azğınlıq içində idi," deyər.
50:28 O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
50:33 Onlar yalnız olduqlarında belə Rəhmana hörmət edərlər və (Ona) yönəlmiş bir qəlb gətirənlərdir.
50:36 Onlardan öncə, onlardan daha güclü neçə-neçə nəsilləri məhv etmişdik. Ölkə-ölkə gəzib-dolaşmışdılar; qurtuluşu varmı?
50:37 Bunda, zəka sahibi olan yaxud şahid olaraq qulaq asan hər kəs üçün bir mesaj vardır.
50:38 Göyləri, yeri və aralarındakıları altı gündə yaratdıq. Heç bir yorğunluq da hiss etmədik.
50:39 Onların söylədiklərinə səbr et və Günəşin doğmasından və batmasından öncə Rəbbini tərifləyərək ucalt.