Həcc - 22:4 "Bu (şeytan), onu dost seçən kimsəni azdırır və alovlu azaba yol göstərir," deyə haqqında hökm verilmişdir.
Yoldan çıxanlar:
Əhzab/33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.

Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.

Maidə/5:47 İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə məhz onlar yoldan çıxanlardır.

Ənam/6:49 Ayələrimizi yalanlayanlara gəlincə, yoldan çıxdıqlarına görə onlara əzab toxunacaqdır.

Həşr/59:19 Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Ənam/6:121 Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."

Tovbə/9:80 İstər onlar üçün bağışlanma dilə, istər bağışlanma diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə Allah onları bağışlamayacaqdır. Çünki onlar Allah və elçisini yalanladılar. Allah yoldan yaxşıca çıxmış cəmiyyətləri doğruya yönəltməz.

Bəqərə/2:99 Sənə açıq-aşkar ayələr nazil etdik. Yoldan çıxanlardan başqası onları inkar etməz.

Maidə/5:60 De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."
Maidə/5:80 Əksəriyyətinin inkar edənlərlə dost olduğunu görərsən. Nəfslərinin onlar üçün göndərdiyi şey necə də pisdir! Allah onlara qəzəblənmişdir; əzabda sürəkli qalacaqlar.
Maidə/5:81 Allaha, Peyğəmbərə və ona nazil edilənə iman etsəydilər, onları özlərinə dost qəbul etməzdilər. Lakin onların əksəriyyəti yoldan çıxmışdır.

Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Tovbə/9:67 İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
Tovbə/9:84 Onlardan ölən birisi üçün namaz qılma, məzarı başında da durma. Çünki onlar Allaha və elçisinə qarşı gəldilər və yoldan çıxmışlar olaraq öldülər.

Muminun/23:74 Amma axirətə iman etməyənlər yoldan çıxıb azmaqdadırlar.

Nur/24:4 Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.

Nəml/27:24 "Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."

Ğafir/40:37 "Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."

Əhqaf/46:20 İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."

Hucurat/49:11 Ey iman edənlər, bir topluluq digər bir topluluğu məsxərəyə qoymasın, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Bir-birinizdə ayıb axtarmayın və bir-birinizi alçaldıcı kəlmələrlə çağırmayın. İnancdan sonra yoldan çıxmaq necə də pis bir isimdir. Kim tövbə etməzsə, onlar zalımlardır.

Hədid/57:16 İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.