Muminun - 23:44
Sonra Biz, elçilərimizi bir-birinin ardınca göndərdik. Hər nə zaman bir elçi (öz) xalqına getdisə, onu yalanladılar. Biz də onları bir-birinin ardınca sürüyüb tarixə gömdük. İman etməyən bir topluluq məhv olmağa layiqdir.
Rəbbimiz öncəki cəmiyyətlərin xəbərlərini (tarixini) bizə nə üçün nəql edir?
Əraf/7:100
Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.
Şəms/91:11
Səmud (xalqı), azğınlığı üzündən yalanladı.
Şəms/91:14
Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.
Şəms/91:15
Ancaq, hələ də onların aqibətlərindən dərs alınmır.
Ta ha/20:128
Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
Səcdə/32:26
Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
Yusuf/12:111
Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.
Hud/11:120
Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.
Ta ha/20:113
Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.
Yusuf/12:3
Sənə bu Quranı vəhy edərək, sənə ən gözəl bir təbir ilə tarixi nəql edirik. Sən daha öncə bundan xəbərsiz idin.
Saffat/37:108
Sonrakılar üçün onun tarixini qoruduq.
Saffat/37:119
O ikisinin tarixini sonrakılar üçün qoruduq.
Saffat/37:129
Sonrakılar üçün onun tarixini qoruduq.