Nur - 24:26 Pis qadınlar pis kişilər üçün, pis kişilər isə pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər də yaxşı qadınlar üçündür. Bunlar (ikinci qrup), onların söylədiklərindən uzaqdır. Bağışlanmağa və bol nemətə layiqdirlər.
Dirilmə günü Allahın iman edənləri bağışlaması:
Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Casiyə/45:30 İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.

Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.