Furqan - 25:18
"Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
Mesajı və Rəblərini unudanlar və nəticəsi:
Əraf/7:51
Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!
Tovbə/9:67
İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
Tovbə/9:68
Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
Tovbə/9:69
Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.
Mucadilə/58:18
Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.
Mucadilə/58:19
Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.
Hədid/57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.
Həşr/59:19
Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.
Əraf/7:164
İçlərindən bir topluluq: "Allahın həlak edəcəyi və şiddətli bir şəkildə əzablandıracağı bir xalqa nə üçün öyüd verirsiniz?" dedi. Dedilər ki: "Rəbbinizdən üzr diləyin," bəlkə dinləyib qurtularlar.
Əraf/7:165
Onlara xatırladılanlara əhəmiyyət verməyib unudunca, pisliklərlə mücadilə edənləri qurtardıq; haqsızlıq edənləri də yoldan çıxmalarına qarşılıq olaraq dəhşətli bir əzab ilə yaxaladıq.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Kəhf/18:28
Rəblərinin rizasını diləyərək səhər axşam qulluq edənlərlə birlikdə olmağa çalış. Dünya həyatının cəlbedici materiallarını arzu edib, gözlərini onlardan (o kəslərdən) ayırma. Qəlbini mesajımızdan qafil etdiyimiz və həvəsinə uyaraq işlərini qarışdıran kimsələrin ardınca getmə.
Kəhf/18:56
Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.
Nəcm/53:29
Mesajımızdan üz çevirən və dünya həyatından başqasını arzulamayan kimsəyə önəm vermə.
Nəcm/53:30
Bax, onların yetişdikləri bigilərinin səviyyəsi budur. Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanı da yaxşı bilir.
Həşr/59:18
Ey iman edənlər, Allahı saya salıb dinləyin. Hər kəs sabah üçün nə hazırladığına baxsın. Allahı saya salıb dinləyin. Allah etdiklərinizdən xəbərdardır.
Həşr/59:19
Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.
İnsan/76:27
Bunlar bu keçici (dünya həyatını) sevirlər və önlərindəki ağır bir günə isə əhəmiyyət vermirlər.
Əla/87:16
Lakin siz dünya həyatını seçirsiniz.
Əla/87:17
Halbuki axirət daha yaxşı və sürəklidir.
Qiyamə/75:20
Halbuki, siz keçicini sevirsiniz.
Qiyamə/75:21
Axirətə isə əhəmiyyət vermirsiniz.
Furqan/25:17
Onları və onların Allahdan başqa qulluq/xidmət etdiklərini topladığı gün, "Bu qullarımı sizmi azdırdınız, yoxsa onlarmı yolu azdılar?" deyər.
Furqan/25:18
"Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
Səcdə/32:14
Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.
Muminun/23:108
Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:111
"Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."
Sad/38:26
Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.
Muddəssir/74:41
Günahkarlardan:
Muddəssir/74:42
"Sizi bu cəzaya salan nədir?"
Muminun/23:110
"Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muddəssir/74:43
Deyəcəklər ki, "Dəstəkləməzdik"
Muddəssir/74:44
"Yoxsulu yedirməzdik."
Muddəssir/74:45
"Biz, boş şeylərə dalanlarla birlikdə dalardıq."
Muddəssir/74:46
"Haqq-hesab gününü yalanlayardıq."
Yunus/10:7
Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
Yunus/10:8
Məhz onların yeri, qazandıqlarına görə atəşdir.
İbrahim/14:2
Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.
İbrahim/14:3
Onlar ki, dünya həyatını axirətdən üstün tuturlar, Allahın yolundan azdırırlar və onu əyri göstərmək istəyirlər. Bunlar olduqca (həddən artıq) azmışlardır.
Qasas/28:60
Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?
Qasas/28:61
Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?
Əhqaf/46:20
İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Naziat/79:38
Və dünya həyatını üstün tutanlara gəlincə.
Naziat/79:39
Gediləcək yer cəhənnəm olacaqdır.