بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
10:2 Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
10:4 Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.
10:5 O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.
10:6 Gecənin gündüzlə yer dəyişdirməsində, Allahın göylərdə və yerdə yaratdığı şeylərdə müttəqi bir camaat üçün dəlillər və ibrətlər vardır.
10:7 Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
10:9 İman edib müttəqi işlər görənlərə gəlincə, Rəbləri inanclarına görə onları doğruya yönəldir. Nemət cənnətlərində ayaqlarının altından çaylar axar.
10:10 Oradakı duaları: "Tanrımız, Sən Ucasan," oradakı salamlaşmaları: "Salam," və dualarının sonu da: "Tərif aləmlərin Rəbbi Allahadır," (sözləridir).
10:11 İnsanların yaxşılığı tez istəmələri kimi, Allah da onlara əzabı tez versəydi vaxtları (ömürləri) bitirilmiş olardı. Bizimlə qarşılaşmağı ümid etməyənləri, azğınlıqları içində çaşqın vəziyyətdə buraxarıq.
10:12 İnsana bir zərər toxunarsa, yanı üzərinə yatarkən, ayaq üstəykən və ya oturmuşkən Bizi çağırır. Ona zərər verən şeyi ondan uzaqlaşdırdıqmı, sanki ona toxunan o zərərə görə Bizi heç çağırmamış kimi davranır. Həddi aşanlara, etdikləri işlər bax belə süslü göstərilir.
10:13 Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
10:14 Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."
10:16 De ki: "Allah istəsəydi, onu sizə oxuya bilməzdim və sizin də ondan xəbəriniz olmazdı. Bundan öncə bir ömür boyu aranızda yaşadım. Anlamırsınız?"
10:17 Allaha yalan uydurub iftira edən və ayələrini yalanlayandan daha zalım kim ola bilər? Günahkarlar nicat tapmaz.
10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
10:19 İnsanlar vahid bir cəmiyyət idi; sonra anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin vermiş olduğu bir Sözü olmasaydı, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuda dərhal aralarında hökm veriləcəkdi.
10:20 "Ona Rəbbindən bir möcüzə endirilməli deyilmi?" deyirlər. De ki: "Gizli olanlar Allahın yanındadır; Elə isə gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."