Furqan - 25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Cahil insanlar onlara xoşagəlməz bir söz desələr belə, onlar sülh (barış) təklif edərlər:
Qasas/28:55 Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.

Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Furqan/25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.

Zuxruf/43:89 Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.

Muzzəmmil/73:10 Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.