Qasas - 28:88
Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.
Onun varlığı xaric hər şey yox olmağa məhkumdur:
Ali İmran/3:2
Allah: Ondan başqa tanrı yoxdur, Diridir, Qəyyumudur.
Furqan/25:58
Ölümsüz və Diri Olana güvən; Onu tərifləyərək ucalt. Qullarının günahlarını, Onun bilməsi kifayətdir.
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Ta ha/20:111
Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.
İxlas/112:2
"Allah Sonsuz və Mütləqdir."
Ğafir/40:65
O, Diridir; Ondan başqa tanrı yoxdur. Dini sadəcə Ona aid edərək, Onu çağırın. Tərif aləmlərin Rəbbi Allahadır.
Qasas/28:88
Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.
Rahmən/55:26
Üzərində olan hər kəs ölümlüdür.
Rahmən/55:27
Ancaq Görkəmli və Şərəfli Rəbbinin varlığı qalıcıdır.
Hədid/57:3
O Əvvəldir, Axırdır. O ən Zahirdəkidir, ən Batindəkidir. O hər şeyi Bilir.