Ənkəbut - 29:5 Kim Allah ilə qarşılaşmağı ümid edirsə, (bunu bilsin ki,) Allahla müəyyən edilmiş görüş mütləq gerçəkləşəcəkdir. O, Eşidəndir, Biləndir.
Allah ilə qarşılaşmaq mütləq və qaçılmazdır:
Haqqə/69:14 Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
Haqqə/69:18 O gün ortaya çıxarılarsınız və heç bir şeyiniz gizli qalmaz.
Haqqə/69:19 Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,

Vaqiə/56:8 Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9 Bədbəxtlər nə qədər də bədbəxtdirlər!

Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Casiyə/45:33 Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34 Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."