Bəqərə - 2:192
Son qoyarlarsa, Allah Bağışlayandır, Rəhmlidir!
Allah bütün günahları əfv edəndir:
Əraf/7:153
Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.
Ənfal/8:38
İnkar edənlərə söylə: "Son qoyarlarsa, keçmişdə etdikləri bağışlanacaqdır. Dönərlərsə, daha öncəkilərin sünnəti (qanunu) keçərlidir."
Nəhl/16:119
Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.
Nəml/27:11
"Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
Zumər/39:53
Onlara bildir: "Özlərinə qarşı həddi aşan qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."
Təhrim/66:8
Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.