بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
66:1 Ey peyğəmbər, sırf zövcələrini məmnun etmək məqsədi ilə, Allahın sənə halal (qanuni) etdiyini özünə qadağan edirsən. Allah Bağışlayandır, Rəhmlidir.
66:2 Allah, andlarınızın halallaşdırmanın yolunu bildirmişdir. Mövlanız (sahibiniz) Allahdır. O Biləndir, Hikmət Sahibidir.
66:3 Peyğəmbər, zövcələrindən birinə gizlicə bir hədis söyləmişdi. Zövcəsi bunu yayınca, Allah onu bundan xəbərdar etdi. Ona vəziyyətin bir qismini bildirmiş, bir qismindən isə vaz keçmişdi. Peyğəmbər mövzunu zövcəsinə açınca zövcəsi, "Bunu sənə kim xəbər verdi?" deyə soruşdu. "Hər şeyi Bilən və hər şeydən Xəbərdar olan mənə bildirdi," deyə cavabladı.
66:4 İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.
66:5 Sizi boşayarsa, Rəbbi ona, bəlkə sizin yerinizə sizdən daha yaxşı, (Tanrıya) təslim olan, iman edən, (özünü Allaha) həsr edən, yönələn, qulluq edən, aktiv, dul və gənc zövcələr verər.
66:6 Ey iman edənlər, yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Atəşin üzərində sərt və güclü mələklər var ki, Allahın əmrinə qarşı gəlməzlər və onlara nə əmr edilmişsə onu yerinə yetirərlər.
66:7 Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.
66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.
66:9 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Yerləri cəhənnəmdir. Necə də pis bir məskəndir.
66:10 Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.
66:11 Allah iman edənlərə, Fironun xanımını örnək verir. O, "Rəbbim, mənim üçün cənnətdə bir ev qur və məni Firondan və etdiklərindən qurtar; məni bu zalım insanlardan qurtar," demişdi.
66:12 Və İmran qızı Məryəm də... O, iffətini qorudu, Biz də ruhumuzdan ona üflədik. O Rəbbinin kəlmələrinə və kitablarına iman etdi; itaət edənlərdən oldu.