Bəqərə - 2:254
Ey iman edənlər! Nə alış-verişin, nə dostluğun və nə də şəfaətin (vasitəçiliyin) olmadığı gün gəlmədən öncə sizə verdiklərimizdən paylayın. İnkar edənlər zalımlardır.
Dostluğun olmadığı gün:
Zuxruf/43:67
Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.
Bəqərə/2:166
O zaman, tabe olunanlar özlərinə tabe olanlardan uzaq duracaqdır. Artıq əzabı görmüşlər və aralarındakı bütün bağlar kəsilmişdir.
Zuxruf/43:38
Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
Qasas/28:64
Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.
Məaric/70:8
Gün gələcək, göy ərimiş metal kimi.
Məaric/70:9
Dağlar isə atılmış yun kimi olar.
Məaric/70:10
Dost dostun halını soruşmaz.