Bəqərə - 2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Fəsad törədənlərə Rəbbimizin dünyada və axirətdə hökmü:
Maidə/5:64 Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.

Qasas/28:83 Bu Axirət yurdunu, yer üzündə təkəbbürlənməyi və fəsad törətməyi istəməyənlərə ayırdıq. Aqibət müttəqilərindir.

Maidə/5:33 Allah və Elçisi ilə savaşan və yer üzündə fəsad törətmək üçün səy göstərənlərin cəzası: öldürülmələri və ya asılmaları və ya əl və ayaqlarının çarpazlama kəsilməsi və ya yerlərindən sürgün edilmələridir. Bu, dünyada görəcəkləri bir alçalmadır. Axirətdə isə böyük bir cəza var.

Bəqərə/2:27 O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!

Rad/13:25 Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.

Muhəmməd/47:20 İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,
Muhəmməd/47:21 İtaət etmək və gözəl danışmaqdır. İş qərarlaşdırılınca Allaha qarşı dürüst olsalar, özləri üçün yaxşı olardı.
Muhəmməd/47:22 Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
Muhəmməd/47:23 Məhz, Allahın lənətlədiyi, karlaşdırıb korlaşdırdığı kimsələr bunlardır.