Rum - 30:20 Sizi bir torpaqdan yaratması və sonra yayılıb çoxalan insanlar olmağınız Onun ayələrindəndir.
İnsanı, palçıqdan yaratdı: (əlaqəli)
Səcdə/32:7 O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.
Səcdə/32:8 Sonra onun soyunu bayağı bir sudan davam etdirdi.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Ənam/6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.

Əraf/7:12 (Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.

Hicr/15:26 İnsanı, qurumuş, köhnə (illərlə qalmış) palçıqdan yaratdıq.
Hicr/15:28 Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.

İsra/17:61 Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.

Kəhf/18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"

Həcc/22:5 Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.

Muminun/23:12 Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.

Rum/30:20 Sizi bir torpaqdan yaratması və sonra yayılıb çoxalan insanlar olmağınız Onun ayələrindəndir.

Fatir/35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.

Saffat/37:11 Soruş onlardan, "Yaradılış baxımından onlarmı daha çətindir, yoxsa bizim (başqa) yaratdıqlarımız?" Onları yapışqan bir palçıqdan yaratdıq.

Sad/38:71 Rəbbin mələklərə demişdi ki, "Palçıqdan bir insan yaradacağam."
Sad/38:72 "Onu nizama saldığım və ona ruhumdan üfürdüyüm zaman ona səcdə edin."

Ğafir/40:67 O ki, sizi torpaqdan, sonra bir damcıdan (nütfədən), sonra asılı duran bir embriondan yaratmışdır. Yetkinləşməniz və qocalmanız üçün daha sonra sizi uşaq olaraq çıxardır. Sizdən bəzilərinin canı daha erkən alınır. Daha öncə müəyyən edilmiş yaşa yetişirsiniz ki, qavrayasınız.

Nəcm/53:32 Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.

Nuh/71:17 Və Allah sizi torpaqdan bir bitki olaraq bitirdi.