Loğman - 31:3
Gözəl davrananlara bir yol göstərici və bir rəhmətdir.
Dirilmə günü Allahın mərhəməti / rəhməti:
Ali İmran/3:185
Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.
Ənam/6:16
O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.
Məryəm/19:68
Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69
Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70
Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71
İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72
Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.
Ğafir/40:9
"Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."
Casiyə/45:30
İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.