Səcdə - 32:24
Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.
Musanın xalqı nələrə səbr etdi?
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Yunus/10:84
Musa: "Ey xalqım, əgər gerçəkdən Allaha iman etmiş və Ona təslim olmuşsunuzsa (müsəlman olmuşsunuzsa) Ona güvənin."
Yunus/10:85
Dedilər ki: "Allaha güvəndik. Rəbbimiz, Bizi zalım xalqın təzyiqinə məruz qoyma."
Yunus/10:86
"Rəhmətinlə bizi inkarçı xalqdan qurtar."
Yunus/10:87
Musaya və qardaşına: "Xalqınız üçün Misirdə evlər hazırlayın, evlərinizi məbəd (ibadət yeri) edin və namazı qoruyun. İman edənləri müjdələyin," deyə vəhy etdik.
Bəqərə/2:61
Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
Əraf/7:121
"Aləmlərin Rəbbinə iman etdik," dedilər,
Əraf/7:122
"Musanın və Harunun Rəbbinə..."
Əraf/7:123
Firon: "Mən sizə izin vermədənmi ona iman etdiniz? Bu, bir plandır. Şəhərdə bu planı qurdunuz ki, xalqını oradan çıxarasınız. Amma yaxında biləcəksiniz!" dedi,
Əraf/7:124
"Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
Əraf/7:125
Dedilər ki: "Biz onsuzda Rəbbimizə dönəcəyik."
Əraf/7:126
"Rəbbimizin işarətləri bizə gəldiyində ona iman etdik deyə bizdən öc alırsan. Rəbbimiz, bizə dözüm ver və canımızı müsəlman olaraq al."
Əraf/7:127
Firon xalqının elitaları dedilər: "Musanı və xalqını, səni və tanrılarını buraxsınlar və yer üzündə fəsad çıxarsınlar deyəmi buraxırsan." (Firon:) "Qadınlarını yaşadıb, oğullarını öldürəcəyik. Biz onlardan daha çox güclüyük," dedi.
Əraf/7:128
Musa, xalqına: "Allahdan yardım diləyin, səbrlə müqavimət göstərin. Yer üzü Allahındır və onu qullarından istədiyinə verir. Aqibət müttəqi davrananlarındır," dedi.