Səba - 34:5 Ayələrimiz və möcüzələrimizə qarşı meydan oxuyanlar üçün ağrılı-acılı və qorxunc bir cəza vardır.
Allahın ayələrini məsxərəyə qoyub, inkar edənlərin sonu:
Əraf/7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Əraf/7:147 Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?

Yunus/10:7 Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
Yunus/10:8 Məhz onların yeri, qazandıqlarına görə atəşdir.

Nəhl/16:104 Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
İsra/17:98 Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.

Kəhf/18:103 De ki, "İş görənlərin ən pisinin kim olduğunu sizə bildirimmi?"
Kəhf/18:104 "Onlar, yaxşı iş gördüklərini zənn etdikləri halda, dünyadakı səyləri boşa çıxanlardır."
Kəhf/18:105 Onlar, Rəblərinin ayələrini və Onunla qarşılaşmağı inkar edənlərdir. Buna görə işləri boşa çıxar və dirilmə günündə də onlara bir dəyər verməyəcəyik.

Məryəm/19:77 Ayələrimizi rədd edən və, "Mənə mal və övlad veriləcək," deyəni gördünmü?
Məryəm/19:78 Gələcəyin bilgisinəmi sahib oldu? Yoxsa Rəhmandan bir sözmü aldı?
Məryəm/19:79 Xeyr. Söylədiklərini qeyd edəcəyik (yazacağıq) və cəzasını artıracağıq.

Bəqərə/2:39 "İnkar edənlər, ayələrimizi və möcüzələrimizi yalanlayanlar atəşin əhlidir və onlar orada əbədi qalıcıdırlar."

Ali İmran/3:4 Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.
Ali İmran/3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.

Maidə/5:10 İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar cəhənnəm əhlidir.

Ənam/6:27 Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Ənam/6:49 Ayələrimizi yalanlayanlara gəlincə, yoldan çıxdıqlarına görə onlara əzab toxunacaqdır.

Həcc/22:51 Ayələrimizə qarşı mücadilə edənlər isə, onlar cəhənnəm əhlidir.
Həcc/22:57 İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Rum/30:16 İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.

Səba/34:5 Ayələrimiz və möcüzələrimizə qarşı meydan oxuyanlar üçün ağrılı-acılı və qorxunc bir cəza vardır.
Səba/34:38 Ayələrimizi təsirsiz etmək üçün çalışanlar, onlar əzabda qalacaqlar.
Səba/34:42 O gün bir-birinizə fayda və zərər verə bilməzsiniz. Zalımlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyərik.
Səba/34:43 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."

Zumər/39:63 Göylərin və yerin qərarları Ona aiddir. Allahın ayələrini yalanlayanlar, məhz onlar, ziyana uğrayanlardır!

Fussilət/41:27 İnkar edənlərə şiddətli bir əzabı daddıracağıq və etdiklərinin ən pisi ilə onlara qarşılıq verəcəyik.
Fussilət/41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.

Şura/42:35 Ayələrimiz üzərində mübahisə edənlər özlərinin qaçacaq bir yeri olmadığını bilirlər.

Casiyə/45:6 Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?
Casiyə/45:8 Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
Casiyə/45:9 Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.
Casiyə/45:10 Onları cəhənnəm gözləməkdədir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa qəbul etdikləri dostlar onu qurtara bilər. Onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
Casiyə/45:11 Bu bir rəhbərdir (yolgöstərəndir). Rəblərinin ayələrini inkar edənlər üçün iyrənc və ağrılı-acılı bir əzab vardır.
Casiyə/45:31 İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Casiyə/45:33 Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34 Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Casiyə/45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.

Mucadilə/58:5 Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.

Təğabun/64:10 İnkar edənlər, ayələrimizi yalanlayanlar atəşin əhlidir; orada əbədi qalarlar. Necə də pis bir gediş nöqtəsidir



Muminun/23:63 Zehinləri bundan (mesajdan) qafil olub buna zidd işlərdə çalışmaqdadırlar.
Muminun/23:64 Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.
Muminun/23:65 Fəryad etməyin; bu gün tərəfimizdən heç bir yardım görməyəcəksiniz.
Muminun/23:66 Sizə ayələrim oxunurdu, (siz isə) arxa çevirirdiniz.
Muminun/23:67 Ona qarşı təkəbbür göstərirdiniz. Saçmalayaraq gecələyirdiniz.
Muminun/23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Muminun/23:107 "Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108 Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110 "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muminun/23:111 "Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."

Nəml/27:83 Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
Nəml/27:84 Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.
Nəml/27:85 Haqsızlıq etdikləri üçün verilən söz başlarına gələr və artıq danışa bilməzlər.

Səcdə/32:22 Ona Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Biz günahkarlardan əlbəttə öc (intiqam) alacağıq.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.
Əraf/7:41 Onlar üçün Cəhənnəmdən bir yataq və üstlərində də bir örtük vardır. Zalımları bax belə cəzalandırırıq.
Əraf/7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
Əraf/7:51 Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!

Ənam/6:93 Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.

Əraf/7:37 Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.

Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Əraf/7:8 O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.
Əraf/7:9 Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.
Əraf/7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Əraf/7:36 Təkəbbür göstərərək, ayələrimizi yalanlayanlara gəlincə, atəş əhlidir; Orada əbədi qalacaqlar.

Yunus/10:95 Əsla, Allahın ayələrini yalanlayanlardan olma, yoxsa ziyana uğrayanlardan olarsan.