Ya sin - 36:30
Xalqın halı çox yazıq (acınacaqlı) oldu. Onlara hər nə zaman bir elçi gəlsə, ona istehza edirdilər.
Elçilərlə necə istehza etdilər?
Hud/11:38
Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Ənbiya/21:36
Kafirlər (gerçəyi örtənlər) səni gördüklərində, "Tanrılarınızı dilinə dolayan budurmu?" deyə istehzalarına hədəf etməkdən başqa bir reaksiya göstərmirlər. Onlar Rəhmanın mesajını tamamilə inkar etməkdədirlər.
Zəriyət/51:52
Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
Qamər/54:9
Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.
Zəriyət/51:39
Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Zəriyət/51:38
Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Səba/34:8
"Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.
Səba/34:7
İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:6
Özlərinə bilgi verilmiş olanlar, Rəbbindən sənə nazil edilənin gerçək olduğunu və onun Üstün və ən çox Təriflənənin yoluna yönəltdiyini görürlər.
Şuəra/26:27
Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:25
(Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:23
Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Muminun/23:25
"O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Furqan/25:41
Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8
"Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Ğafir/40:36
Firon dedi ki, "Haman, mənim üçün bir qüllə tik ki, yollara yetişim."
Ğafir/40:37
"Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."